Leroy Mikels: “Vurduğum qol Ronaldunun qoluna bənzədi” - VİDEO

Müsahibə
28 Noyabr 2025 19:52
25
Leroy Mikels: “Vurduğum qol Ronaldunun qoluna bənzədi” - VİDEO

“İkinci hissədə bizim üçün işlər daha yaxşı alındı və düşünürəm ki, qələbəyə layiq olan tərəf biz idik”.

Bunu “Zirə”nin futbolçusu Leroy Mikels səfərdə “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra Sportnet.az-a müsahibəsində deyib.

İdman.Biz müsahibəni təqdim edir:

- Ümumilikdə matçı necə dəyərləndirərdiniz?

- Açığı, gərgin oyun alındı. “Kəpəz” bu mübarizəyə nə dərəcədə hazır olduğunu göstərdi. Amma ikinci hissədə bizim üçün işlər daha yaxşı alındı və düşünürəm ki, qələbəyə layiq olan tərəf biz idik.

– Vurduğunuz gözəl qolu necə şərh edərdiniz?

- Düşünürəm ki, vurduğum qol bir az Kriştianu Ronaldunun qollarına bənzədi.

– Bu qolda Ronaldudan ilham almısınızmı?

- Nə dərəcədə ilham verdiyini dəqiq deyə bilmərəm, amma əksər komanda yoldaşlarım vurduğum qolu Kriştianu Ronaldunun qoluna bənzətdiklərini deyirlər.

– Qardaşlarınızla rəqib olaraq üz-üzə gəldikdə nə hisslər keçirirsiniz?

- Qardaşlarımla eyni çempionatda mübarizə aparmaq çox yaxşı hissdir. Artıq aramızda “kim daha çox qol vuracaq” rəqabəti var.

İdman.Biz