“Sumqayıt” “Kəpəz”lə oyuna itkilərlə çıxacaq

Xəbərlər
13 Dekabr 2023 13:16
133
“Sumqayıt” “Kəpəz”lə oyuna itkilərlə çıxacaq

Futbol üzrə Azərbaycan çempionatının XVII turunda “Kəpəz”in qonağı olacaq “Sumqayıt” matça itkilərlə çıxacaq.

İdman.biz xəbər verir ki, İsa Suliman, Kasimir Ninqa, Elvin Bədəlov və Kristian Velinovski zədəlidir.

Elvin və Kristianın meydana çıxmayacağı dəqiqdir. İsa və Kasimirlə bağlı qərarı oyun günü baş məşqçi Samir Abasov verəcək.

Qeyd edək ki, “Kəpəz” – “Sumqayıt” matçı dekabrın 14-də saat 15:30-da start götürəcək.

İdman.biz