Azərbaycan UEFA reytinqində mövqeyini qoruyub

Xəbərlər
1 Dekabr 2023 11:07
171
Azərbaycan UEFA reytinqində mövqeyini qoruyub

Avrokubokların qrup mərhələsinin V turundan sonra ölkələrin UEFA reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasında Norveçdə “Molde” ilə heç-heçə oynamasından sonra Azərbaycanın mövqeyi dəyişməz qalıb.

Hesabında 18,125 xalı olan ölkəmiz siyahıda 29-cu yerdə qərarlaşıb. “Qarabağ” bu dəfə aktivimizə 0,250 əmsal əlavə edib.

Reytinqdə İngiltərə birinci pillədədir. Onlar 98,678 əmsalla malikdir. İngilisləri İspaniya (84,739) və İtaliya (80,998) izləyir.

Qeyd edək ki, “Qarabağ” “Molde” ilə 2:2 hesablı heç-heçə edib.

İdman.biz