Əfran İsmayılov: “Qarabağ” “Molde”yə qarşı ürəklə oynamalıdır”

Müsahibə
27 Noyabr 2023 14:31
1 155
Əfran İsmayılov: “Qarabağ” “Molde”yə qarşı ürəklə oynamalıdır”

“Bu həftə Azərbaycan futbolsevərlərini gərgin oyun gözləyir. Əsas rəqibə qarşı mübarizə aparacayıq”.

Bunu İdman.biz saytına “Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılov deyib.

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının V turunda Norveçdə “Molde”nin qonağı olacaq. İsmayılov bildirib ki, qrup ikinciliyi ilə bağlı böyük əhəmiyyət kəsb edən matç Qurban Qurbanovun komandası üçün asan keçməyəcək: “Hər iki komanda qrupdan çıxmağa namizəddir. Səfərdə olacaq bu qarşılaşma çox gərgin keçəcək. “Molde” evdə çox yaxşı oynayır. Stadionda süni ot örtüyünün olması da onlar üçün əlavə üstünlükdür. Təbii ki, bütün bunlara baxmayaraq, “Qarabağ” bu rəqiblə öncə də qarşılaşıb. Bu baxımdan rəqibini yaxşı tanıyır və norveçliləri asan şəkildə analiz edəcək. Düşünürəm ki, futbolçularımız da qrupdan çıxmaq üçün əllərindən gələni edəcəklər. “Qarabağ” Avropa Liqasında ilk dəfə qrupdan çıxmağı da bacaracaq. Bunu da komanda dərk edib, ürəklə oynamalıdır. “Qarabağ” bu görüşə çox ciddi hazırlaşır. Çünki Azərbaycan futbolunu dünyaya “Qarabağ” daşıyır”.

Qeyd edək ki, “Molde” – “Qarabağ” matçı noyabrın 30-da olacaq.

Banuçiçək Hüseynli

İdman.biz