"Neftçi"də ayrılıq

Xəbərlər
21 İyul 2025 18:34
57
"Neftçi"də ayrılıq

"Neftçi-2”nin məşqçisi Anar Vəliyevin komanda ilə yolları ayrılıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Ağ-qaralar" 45 yaşlı mütəxəssisə təşəkkür edərək, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2021-ci ildən “Neftçi” Futbol Akademiyasında çalışmış Vəliyev 2022/23 mövsümündən əvəzedici komandanın baş məşqçisi Rəşad Abdullayevin köməkçisi olub. O, Əvəzedicilər Liqasının qızıl (2023/24), gümüş (2024/25) və I Divizionun gümüş (2022/23) medallarını qazanıb.

İdman.biz