AFFA prezidenti Rövşən Nəcəf Misli Premyer Liqasının 2025/2026 mövsümünün qalibi olan “Sabah” klubunu təbrik edib.
İdman.Biz xəbər verir ki, AFFA rəhbəri bununla bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Bu gün Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün qalibi olan “Sabah” Futbol Klubuna yüksək mükafatları təqdim etdik. Bir daha mövsüm boyunca yüksək peşəkarlıq, əzmkarlıq nümayiş etdirən, azarkeşlərini məzmunlu oyunlar və inamlı qələbələrlə sevindirən “Sabah” klubunu ürəkdən təbrik edirəm”, - deyə paylaşımda bildirilib.
Rövşən Nəcəf həmçinin bu mövsüm uğurlu nəticələr göstərərək Azərbaycanı avrokuboklarda təmsil etmək hüququ qazanan bütün klublara qarşıdakı yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, bu gün “Sabah” komandası Misli Premyer Liqasının 2025/2026 mövsümünün çempionu kimi mükafatlandırılıb.
