Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandasının Albaniya çempionatında 13-cü turdan təxirə salınmış oyunu keçirilib.
İdman.biz xəbər verir ki, “Eqnatia” – “Partizani” görüşü noyabrın 11-də Rafael Dvamenanın həyatını itirməsi üzündən yarımçıq dayandırılmışdı.
23-cü dəqiqədən bərpa olunan qarşılaşmada Vüsal dünyasını dəyişmiş Rafaelin əvəzinə meydana daxil olub. Azərbaycanlı oyunçu 75-ci dəqiqədə əvəzlənib. Oyun 1:1 hesabı ilə yekunlaşıb. Hər iki qol matç təxirə salınmazdan əvvəl vurulub.
Qeyd edək ki, “Eqnatia” 13 oyundan sonra 27 xalla turnir cədvəlinə başçılıq edir.
İdman.biz