Noyabrın 22-də AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.
İdman.biz xəbər verir ki, saat 10:00-da AFFA-nın inzibatı binasında başlayacaq iclasda baş məşqçi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsindəki çıxışı ilə bağlı hesabat verəcək.
Həmçinin italiyalı mütəxəssisin Belçikaya 0:5 hesablı məğlubiyyətdən sonra idman jurnalistləri barədə səsləndirdiyi xoşagəlməz fikirlər müzakirə olunacaq.
İcraiyyə Komitəsinin Canni De Byazinin noyabrın sonunadək olan müqaviləsinin artırlıb-artırlımama məsələsi ilə bağlı qərar verəcəyi də gözlənilir.
İdman.biz