Sergey Semak: “Oyun gərgin və mübariz alındı”

Xəbərlər
19 Noyabr 2023 00:16
172
Sergey Semak: “Oyun gərgin və mübariz alındı”

“Çox xoş ab-hava var idi. Azərbaycana səfər etdiyimiz və görüşün təşkilatçılığına görə, “Neftçi” rəhbərliyinə təşəkkür edirəm”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi” ilə yoxlama oyunu keçirən “Zenit”in baş məşqçisi Sergey Semak deyib.

Təcrübəli mütəxəssis maraqlı və gərgin oyun keçdiyini bildirib. Semak hər iki komandanın qələbə qazanmağa çalışdığını bildirib: “Bəzi futbolçuları nəzərdən keçirmək üçün vacib oyun idi. Bu gün istədiyimizi əldə edə bildik, bu, çox önəmlidir. Yalnız Mantuanın zədələnməsinə üzüldüm. Heç bir idmançı heç vaxt uduzmaq istəmir. Nəticədə oyun gərgin və mübariz alındı. Hər iki tərəf qələbə üçün oynayırdı. Uğur daha çox “Neftçi”nin tərəfində oldu”.

“Zenit”in baş məşqçisi Azərbaycan futbolunun inkişaf etdiyini bildirib. O, Bakı ilə bağlı təəssüratlarını da bölüşüb: “Azərbaycan millisini son nəticələri ölkədə futbolun ikişafda olduğunu göstərir. “Neftçi” və “Qarabağ”ın diqqətiçəkən uğurları var. Bakını gəzmək imkanı qazandıq, şəhər çox gözəldir”.

Qeyd edək ki, oyun “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.biz