“İmişli” futbol klubu daha əvvəl yollarını ayırdığı Ronaldo Souzanı yenidən heyətinə cəlb edib.
İdman.Biz xəbər verir ki, bölgə təmsilçisi 28 yaşlı müdafiəçi ilə iki illik müqavilə imzalayıb.
Ronaldo Souza 2025/2026 mövsümündə də “İmişli”nin formasını geyinib. Klub avqustun 4-də braziliyalı futbolçu ilə yolların ayrıldığını açıqlamışdı.
Karyerası ərzində “Kruzeyro”nun U-17 və U-20, “Sportinq”in U-23 komandalarında çıxış edən müdafiəçi, həmçinin “Alverka”, “Anadiya” və İndoneziyanın “Borneo” klublarının formasını geyinib.
Qeyd edək ki, Ronaldo Souza “İmişli”nin heyətində 29 oyuna çıxıb. O, bu görüşlərdə 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
