AVRO-2024 seçmə mərhələsi çərçivəsində Helsinki Olimpiya Stadionunda keçiriləcək Finlandiya – Şimali İrlandiya qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.
İdman.biz xəbər verir ki, bu barədə məlumatı AFFA yayıb.
Bildirilib ki, Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Qarşılaşmanın VAR hakimi Elçin Məsiyev, AVAR hakimi isə Cavid Cəlilov olacaq.
Qeyd edək ki, matç noyabrın 17-də keçiriləcək.
İdman.biz