Elmar Baxşıyev: “Hamıdan çox hücumdayıq, sadəcə...”

Xəbərlər
29 Oktyabr 2023 20:12
94
Elmar Baxşıyev: “Hamıdan çox hücumdayıq, sadəcə...”

"Bizi çətin oyun gözlədiyini bilirdik. "Sumqayıt" yaxşı oyunu ilə seçilən komandalardandır. Matç göstərdi ki, hər iki komanda bir-birinə layiq idi”

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XI turunda “Sumqayıt”la heç-heçə oynayan “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

0:0 hesabı matçından sonra keçirilən mətbuat konfransında gənc mütəxəssis komandasının çatışmayan cəhətini qeyd edib. Baxşıyev “Qəbələ”nin qol vurmaqda çətinlik çəkdiyini bildirib: Hücumların sayı çoxdur. Tək bu oyunda yox. Son 6-7 oyuna nəzər yetirsək, bəlkə də çempionatda da hamıdan çox hücumdayıq, sadəcə son nöqtəni qoya bilmirik. Lakin ümid edirik ki, onun da vaxtı gələcək, onu da düzəldəcəyik”.

İdman.biz