Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Payız turniri”nin qalibi bəlli olub - FOTO

Xəbərlər
27 Oktyabr 2023 17:46
86
Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Payız turniri”nin qalibi bəlli olub - FOTO

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş eşitməqüsurlu əlillər arasında keçirilən futzal üzrə “Payız turniri” başa çatıb.

İdman.biz xəbər verir ki, AFFA-nın dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı Bakı İdman Sarayında təşkil olunan yarışın qalibi “Azəri” komandası olub.

“Ümid” və “Bakı” komandaları isə müvafiq olaraq 2-ci və 3-cü yeri tutub. “Bakı” komandasından Sənan Ağayev turnirin ən yaxşı oyunçusu, “Ümid”dən Sənan Mirzəzadə isə ən yaxşı qapıçı seçilib. Turnirin ən məhsuldar oyunçusu 13 qol vuran “Azəri” komandasının üzvü Nihad Qarayev olub.

Sonda komandalara medallar, diplomlar və kubok təqdim olunub.

İdman.biz