Diniyev komandasının ardıcıl 2-ci qələbəsində pay sahibi olub

Xəbərlər
22 Oktyabr 2023 20:04
264
Diniyev komandasının ardıcıl 2-ci qələbəsində pay sahibi olub

Coşqun Diniyevin şərəfini qoruduğu “Umraniyəspor” Türkiyə 1-ci liqasında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının üzvününü yer aldığı komanda “Manisa”nı qonaq edib.

Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 13-cü dəqiqədə Strahil Popovun vurduğu ilk qolun ötürməsini Coşğun Diniyev verib.

Qeyd edək ki, “Ümraniyəspor” 9 turdan sonra 8 xalla 15-cidir. Coşqun meydana çıxdığı 9 oyunda 1 qol, 1 asistlə yadda qalıb.

Emin Ağa

İdman.biz