“İmişli” FK Rafael Vieqaşla yolları ayırıb - YENİLƏNİB + FOTO

4 İyul 2026 14:40
100
“İmişli” FK Rafael Vieqaşla yolları ayırıb - YENİLƏNİB + FOTO

“İmişli” daha bir futbolçusu ilə vidalaşıb.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub 32 yaşlı braziliyalı müdafiəçi Rafael Vieqaşla yolları ayırıb.

Qeyd edək ki, "İmişli" daha əvvəl qapıçı Hüseynəli Quliyevlə də vidalaşdığını açıqlamışdı.

14:22

“İmişli” futbol klubu qapıçısı Hüseynəli Quliyevlə yolları ayırdığını açıqlayıb.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qolkiper karyerasını “Zirə”də davam etdirəcək. O, yeni klubu ilə iki illik müqavilə imzalayıb. 26 yaşlı futbolçu daha əvvəl “Sumqayıt” və “Səbail”də də çıxış edib.

Qeyd edək ki, “İmişli” Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünü 34 xalla doqquzuncu pillədə başa vurub.

İdman.Biz