“İmişli” futbol klubunun yeni baş məşqçisi Fərid Namazovun məşqçilər korpusunda yer alacaq iki mütəxəssis müəyyənləşib.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, komandanın qapıçılar üzrə məşqçisi Elşad Tahirov olacaq. Fitness məşqçisi vəzifəsini isə Elmir Cəbrayılov yerinə yetirəcək.
Qeyd edək ki, “İmişli” Fərid Namazovla bir illik müqavilə imzalayıb. Komandanı 2025/2026 mövsümündə Jorj Kaşkilya çalışdırıb.
