“Kəpəz”in legioneri: “Təkliflərim var idi, amma burada qalıram”

4 İyul 2026 11:17
83
“Kəpəz”in legioneri: “Təkliflərim var idi, amma burada qalıram”

“Kəpəz”in gürcüstanlı futbolçusu Mate Abuladze başqa klublardan da təklif aldığını təsdiqləyib.

Bu barədə 25 yaşlı müdafiəçi gələcəyi ilə bağlı qərarını artıq verdiyini bildirib.

Abuladzenin sözlərinə görə, Gəncə təmsilçisində rəhbərlik və baş məşqçi dəyişikliyi onun seçimində heç bir rol oynamayıb.

“Biz yeni müqavilə ilə bağlı razılaşmışıq. Başqa təkliflərim də var idi. Amma mən “Kəpəz”də qalacağam. Artıq bu qərarı vermişəm”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.

Futbolçu təklif aldığı klubların adlarını açıqlamaq istəməsə də, “Kəpəz”də birlikdə çalışdığı Azər Bağırov onu rəhbərlik etdiyi “Şamaxı”da da görmək istəyib.

Lakin tərəflər maliyyə şərtlərində ortaq məxrəcə gələ bilməyiblər. Məhz maaş məsələsində razılıq əldə olunmadığı üçün bu keçid baş tutmayıb.

Qeyd edək ki, Mate Abuladze ötən mövsümdən “Kəpəz”in formasını geyinir və yeni mövsümdə də Gəncə təmsilçisinin uğurları üçün mübarizə aparacaq.

İdman.Biz