Türkiyəli mütəxəssis Azərbaycan millisini çalışdıra bilər

Xəbərlər
20 Oktyabr 2023 17:47
728
Türkiyəli mütəxəssis Azərbaycan millisini çalışdıra bilər

Türkiyəli mütəxəssis Engin Fırat Azərbaycan yığmasının “sükanı arxasına” keçə bilər.

İdman.biz qardaş ölkə mətbuatına istinadən məlumat verir ki, komandamız futbol üzrə Keniya millisinin baş məşqçisinin xidmətində maraqlıdır.

Fırat xidmətində Kosovo yığmasının da maraqlı olduğu bildirilib. O, həmçinin, Qətər və Səudiyyə Ərəbistanı klublarından, Rusiya MOİK-indən və “Rubin”indən təkliflər var.

Türkiyəli çalışdırıcı Keniya yığmasınadək Moldova millisində, İranda “Sepahan”, “Fulad” və Türkiyədə “Karabükspor”da çalışıb.

Qeyd edək ki, Azərbaycan millisinə italiyalı Canni de Byazi rəhbərlik edir.

İdman.biz