Avstriya Futbol Federasiyasının prezidenti: “Biz Azərbaycana favorit kimi gedirik”

Xəbərlər
15 Oktyabr 2023 11:46
234
Avstriya Futbol Federasiyasının prezidenti: “Biz Azərbaycana favorit kimi gedirik”

“Komanda Belçika ilə oyunda xarakterə malik olduğunu göstərdi. Bu, qarşıdakı iki oyun üçün bizə güc verməlidir”.

İdman.biz xəbər verir ki, bunu Avstriya Futbol Federasiyasının prezidenti Klaus Mitterdorf sözügedən ölkənin oyunları haqqında danışarkən deyib.

Federasiyanın yeni prezident təyin olunan Klaus Avstriyanın Bakıda qalib gələrək AVRO-2024-ə vəsiqəni rəsmiləşdirməsini istəyir: “Biz Azərbaycana favorit kimi gedirik. Diqqətimizi bir nöqtəyə, qələbəyə cəmləməliyik. Əlbəttə bunu etsək bu o demək deyil ki, Azərbaycanda 100 faizlik qələbə qazanacağıq. Amma düşünürəm ki, milli komandada həvəs var və biz hər cəhətdən qarşıdakı oyuna hazır olmalıyıq”.

Qeyd edək ki, Azərbaycan - Avstriya matçı oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Emin Ağa

İdman.biz