“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı

25 Sentyabr 2026 15:49
93
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı

Birinci Liqada çıxış edən “Xankəndi” futbol komandası baş məşqçisi Zaur Hacıyevlə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Tərəflər arasında əməkdaşlığa qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, sabiq baş məşqçi ilə iyul ayında yenidən bir illik müqavilə bağlanmışdı.

İdman.Biz