Emin Mahmudov: “Komanda Estoniya ilə görüşün əhəmiyyətini başa düşür”

Xəbərlər
12 Oktyabr 2023 19:37
201
Emin Mahmudov: “Komanda Estoniya ilə görüşün əhəmiyyətini başa düşür”

“Sabah keçiriləcək oyunda qələbə qazanmaq istəyirik”.

İdman.biz saytı xəbər verir ki, bunu Azərbaycan yığmasının kapitanı Emin Mahmudov Estoniya ilə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

AVRO-2024-ün seçmə mərhələsində Estoniyanın qonağı olacaq millinin üzvü “Neftçi”nin nəticələri ilə bağlı sualdan yayınıb. Mahmudov əsas diqqətinin sabahki oyuna yönəltdiyini bildirib: “Bakıda keçirilən ilk oyunun birinci hissəsində yaxşı oynamamışdıq. Milliyə gələndə yalnız bura barədə düşünürəm. Yığmadan qayıtdıqdan sonra “Neftçi”nin oyunlarına köklənəcəm. Bütün komanda Estoniya ilə görüşün əhəmiyyətini başa düşür. Biz qələbə qazanmağı hədəfləmişik”.

Qeyd edək ki, Estoniya – Azərbaycan matçı sabah saat 20:00-da start götürəcək.

İdman.biz