“İlk növbədə şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Bütöv Azərbaycan gözəldir. Oyuna gəldikdə, bu gün yaxşı oynadıq. Nəticə qazana bilməsək də, heyifsilənməməliyik”.
İdman.biz xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının VII turunda “Səbail”ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, futbolçularının yanında olduğunu söyləyib: “Vəziyyəti təhlil edib, gələcəyə baxmalıyıq .Qol epizodları yaratsaq da, dəyərləndirə bilmədik”.
Bağırov komandasından narazı qalmadığını bildirib: “Bu gün həm müdafiədən topla çıxışımız, həm irəlidə oyunumuz pis alınmınmırdı. Düzdür, bəzən tələsirdik. Bu da oyunçuların təcrübəsizliyindəndir. 5 yerli futbolçu ilə oyuna başladıq. Onların çoxu uzun müddət Premyer Liqadan kənarda qalıblar. İnadkarlıqla mübarizə aparırlar. 90 faiz dediklərimi edirlər. Daha da artıracaqlar”.
İdman.biz