“Kəpəz”in kapitanı: “Hər bir komanda üzvü fədakarlıq göstərməlidir”

Xəbərlər
17 Sentyabr 2023 17:00
142
“Kəpəz”in kapitanı: “Hər bir komanda üzvü fədakarlıq göstərməlidir”

“Biz komanda şəkilində problemləri həll edib, çərit vəziyyətindən çıxmalıyıq”.

İdman.biz-ə açıqlamasında bunu "Kəpəz"in kapitanı Yeqor Xvalko deyib.

Azərbaycan Premyer Liqasının 6-cı turunda doğma meydanda "Səbail"ə 0:3 hesablı məğlubiyyətdən sonra danışan futbolçu komandanın səhvlərə yol verdiyini bildirib:

“Biz problemləri həll edib bu vəziyyətdən çıxmalıyıq. Hər bir komanda üzvü öz oyunu haqda düşünməli, meydanda fədakarlıq göstərməlidir. Evdə "Səbail"lə oyunun ilk hissəsində 2 qol buraxdıq və bu, bizi ruhdan saldı. İki qol fərqini aradan qaldırmaq çox çətindir. Oyunda səhvlər etdik, amma səhvləri izah edə bilmirəm. Oyun boyunca konsentrasiya qorunmalıdır, ani boşluqlar qolla nəticələnir”.

Belaruslu müdafiəçi vəziyyətdən çıxış yolunu və öz oyunu haqda da danışıb:

“Misal olaraq deyim ki, “Qarabağ”la oyuna tamam başqa cür hazırlaşmışdıq. Hər kəs başa düşürdü ki, bu "Qarabağ"dır, hər vəziyyətdən öz xeyirlərinə istifadə edə bilən komandadır. Həmin görüşdə komanda şəklində mübarizə apardıq, şanslar qazandıq, məntiqli hücumlar edərək sonda xal qazandıq. Amma son məğlub olduğumuz oyunlarda isə yaxşı oynamadıq, oyunun kontrolu sanki əlimizdən çıxırdı. Amma üzülmək lazım deyil, komanda şəkilində səy göstərib düşdüyümüz vəziyyətdən çıxacağıq.

Ağa Dadaşzadə

İdman.biz