Bəxtiyar 1 xala sevinib

Xəbərlər
14 Aprel 2024 17:09
336
Bəxtiyar 1 xala sevinib

Azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadə Türkiyə 1-ci Liqasında 1 xala sevinib.

İdman.biz xəbər verir ki, “Tuzlaspor” öz meydanında “Göztəpə” ilə xalları yarıya bölüb.

30-cu tur çərçivəsində keçirilən qarşılaşmada Bəxtiyar 90 dəqiqə meydanda olub. Onun komandası 32 xalla 15-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Tuzlaspor” növbəti turda “Bandırmaspor”un qonağı olacaq.

İdman.biz