Miodraq Bojoviç: “Erkən qol güvən və rahatlıq verdi”

Xəbərlər
13 Aprel 2024 22:06
495
Miodraq Bojoviç: “Erkən qol güvən və rahatlıq verdi”

"Bəziləri asan qələbə qazandığımızı deyə bilər”.

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç “Araz-Naxçıvan”la oyundan sonra deyib.

Azərbaycan Premyer Liqasının XXX turunda 3:0 hesabı ilə qəaləbə qazanan komandanın çalışdırıcısı erkən qolun rahatlıq verdiyini bildirib: ”Biz düşünürdük ki, qol vuracağıq. Lakin daha erkən qol vurmağımız, fasilə ərəfəsində də hesabı 2:0 etməyimiz oyunçulara güvən və rahatlıq verdi. Oyunu nəzarətimizdə saxlaya bildik. İkinci yarıda da şanslarımız və səhvlərimiz var idi. Ümumən, oyun yaxşı keçdi".

Monteneqrolu mütəxəssis əvəzetmələrə aydınlıq gətirib: “Heç kimi dəyişməyə də bilərdim. 2:0 bəzən təhlükəli olur. Amma ehtiyatdakı oyunçuları da meydana buraxmaq istədim. Hansısa əvəzetmə müsbət və ya mənfi hal kimi də yaşana bilir. Belə alındı ki, əvəzetmələri son dəqiqələrdə etdik”.

Qeyd edək ki, “Neftçi” qələbədən sonra turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

İdman.biz