Mahir Emreli: “Komanda mental olaraq yaxşı vəziyyətdə deyil”

2 Oktyabr 2026 00:21
72
Mahir Emreli: “Komanda mental olaraq yaxşı vəziyyətdə deyil”

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Lixtenşteynlə heç-heçədən (0:0) sonra komandanın hazırkı vəziyyətindən danışıb.

İdman.Biz xəbər verir ki, hücumçu jurnalistlərə açıqlamasında nəticəyə görə Azərbaycan xalqından üzr istədiyini deyib.

“Komanda mental olaraq yaxşı vəziyyətdə deyil. Xalqımızdan üzr istəyirik. Qol epizodlarımız oldu. Bu oyun bizim ayıbımız olaraq yadda qalacaq”, - deyə Emreli bildirib.

Qeyd edək ki, Azərbaycan millisi iki xalla qrupda ikinci pillədə qərarlaşıb. Lixtenşteyn isə bir xalla sonuncu – üçüncü yerdədir.

İdman.Biz