U-17 qızlardan ibarət Azərbaycan millisi Kosovoya məğlub oldu

1 Oktyabr 2026 16:46
84
U-17 qızlardan ibarət Azərbaycan millisi Kosovoya məğlub oldu

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsindəki növbəti oyununda Kosovo ilə üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, B Liqasının B1 qrupunun matçı rəqibin 8:3 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, Azərbaycanın U-17 millisi növbəti matçını oktyabrın 4-də Albaniyaya qarşı keçirəcək. Milli ilk görüşündə İrlandiyaya 0:16 hesabı ilə uduzub.

İdman.Biz