Azərbaycanın FIFA referisi Elçin Məsiyev Qətərdə keçirilən U-17 dünya çempionatında baş hakim kimi təyinat alıb.
İdman.Biz AFFA-ya istinadən xəbər verir ki, azərbaycanlı referi qrup mərhələsinin 3-cü turunda Vyetnam və Mali milli komandaları arasında keçiriləcək qarşılaşmanı idarə edəcək.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını qətərli Abdulhadi Alruyali, ehtiyat köməkçi hakim funksiyasını isə onun həmyerlisi Zahi Snaid Əlşammari yerinə yetirəcək.
Noyabrın 26-da Dohadakı “Aspire Zone” kompleksində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
