Futbol üzrə Azərbaycan Kubokunda birinci təsnifat mərhələsinin oyun cədvəli müəyyənləşib

2 Oktyabr 2026 00:11
70
Futbol üzrə Azərbaycan Kubokunda birinci təsnifat mərhələsinin oyun cədvəli müəyyənləşib

Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümündə birinci təsnifat mərhələsinin oyun cədvəli açıqlanıb.

İdman.Biz Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, ilk təsnifat mərhələsinin oyunları üç gün ərzində keçiriləcək.

Azərbaycan Kuboku

I təsnifat mərhələsi

7 oktyabr

14:30. "Qaradağ Lökbatan" – "Şəki"

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

14:30. "Şəmkir" – "Ağstafa Gəncləri"

Şirvan Olimpiya İdman Kompleksinin stadionu

8 oktyabr

14:00. "Difai" – "Zəngəzur"

Palms Sports Futbol Mərkəzi (IV meydança)

14:30. "Marafon" – "Dinamo"

"Marafon Arena"

14:30. "Şirvan" – "Kür-Araz"

Şirvan Olimpiya İdman Kompleksinin stadionu

9 oktyabr

14:30. "Ağdaş" – "Hypers"

Ağdaş şəhər stadionu

Qeyd edək ki, oktyabrın 1-də Sabirabad rayonunda yerləşən "Marafon Arena"ya Peşəkar Futbol Liqası tərəfindən yekun təftiş və test oyunu həyata keçirilib. Məhz bu təftişin nəticəsinə uyğun olaraq müvafiq addımlar atılıb. PFL tərəfindən stadionun uyğunluğu təsdiq olunub və "Marafon" klubu ev oyunlarını "Marafon Arena"da keçirəcək.

İdman.Biz