Sertanın komandasından geridönüş

Xəbərlər
12 Aprel 2024 23:31
825
Sertanın komandasından geridönüş

Azərbaycanlı futbolçu Sertan Taşkın Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, “Manisa” öz meydanında “Eyupspor”la xalları yarıya bölüb.

Taşkının komandası hesabda 0:2 geri düşsə də, oyunda dönüş yarada bilib. Qarşılaşma 2:2 hesabı ilə bitib. Sertan bu görüşdə 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, son 4 oyunda qələbə qazana bilməyən “Manisa” 33 xalla 12-ci pillədə qərarlaşıb.

İdman.biz