Azərbaycan İkinci Liqasında beşinci tura yekun vuruldu

29 Sentyabr 2026 22:10
102
Azərbaycan İkinci Liqasında beşinci tura yekun vuruldu

Azərbaycan İkinci Liqasında beşinci tura yekun vurulub.

İdman.Biz xəbər verir ki, turun ikinci oyun günündə 2 qarşılaşma keçirilib.

“Dinamo” evdə “Marafon”a, “Difai” isə “Qaradağ Lökbatan”a məğlub olub.

“Dinamo” – “Marafon” 0:3

Qollar: M. Caniyev, 4; Ü. İbazadə, 46; Ə. Ələkbərli, 77

“Difai” – “Qaradağ Lökbatan” 2:4

Qollar: A. Qaracayev, 41; E. Qurbanov, 78 – T. Axverdiyev, 10-pen; Ə. Əlizadə, 82; S. Allahquliyev, 85; Ə. Hacılı, 90

Qeyd edək ki, turun ilk oyun günündə “Zəngəzur” “Kür-Araz”ı 5:1, “Hypers” “Şəki”ni 5:0, “Şirvan” “Şəmkir”i 3:2, “Ağstafa Gəncləri” isə “Ağdaş”ı 4:2 hesabı ilə məğlub edib.

İdman.Biz