Musa oynamayıb, komandası 1 xal qazanıb

Longreads
8 Aprel 2024 23:17
293
Musa oynamayıb, komandası 1 xal qazanıb

Azərbaycanlı futbolçu Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” İsveç çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, təmsilçimiz 2-ci turda “Haken”ə qarşı forma geyinməyib.

Musanın komandası doğma azarkeşlər qarşısında xal itirib. Məhsuldar keçən oyun 3:3 hesabı ilə başa çatıb. “Yurqorden” 0:3 hesabı ilə geri düşsə də, 87-ci dəqiqədən sonra 3 qol vurmağı bacarıb. Qurbanlının adı iştirak ərizəsinə daxil edilsə də, oynamaq şansı qazanmayıb.

Qeyd edək ki, “Yurqorden” ilk turda səfərdə “Göteburq”a 4:1 hesabı ilə qalib gəlib.

İdman.biz