Lunyov karyerasının çətin dövründən danışıb

Xəbərlər
2 Aprel 2024 19:43
134
Lunyov karyerasının çətin dövründən danışıb

“Qarabağ”ın qapıçısı Andrey Lunyov karyerasındakı çətin anlardan danışıb.

İdman.biz xəbər verir ki, rusiyalı qapıçı “Bayer”də keçirdiyi dövrü xatırlayıb.

Lunyov “Sport-Ekspress” nəşrinə müsahibəsində bunları deyib: “Buna “Lunyovun dirçəlişi” deyə bilmirəm, çünki külə çevrilməmişdim. Bəli, müəyyən dövlərdə belə hallar olur. Zədə zamanı, ciddi rəqabət və rəqibinə güvən - bütün bunlar “Bayer”də baş verib. “Qarabağ”da oynamaq şansı yarandı və Avropa kuboklarında iştirak etmək imkanı qazandım”.

Qeyd edək ki, Lunyov “Qarabağ”ın heyətində 26 oyunda 35 qol buraxıb. Rusiyalı qapıçı Azərbaycan çempionu titulunu qazanıb.

İdman.biz