“Qəbələ” futbol klubunda hazırda boş olan baş məşqçi postu üçün yerli və əcnəbi mütəxəssislərlə danışıqlar aparılır.
Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli AZƏRTAC-a bildirib.
O qeyd edib ki, məsələ bu həftə ərzində öz həllini tapacaq.
Qeyd edək ki, Kaxaber Tsxadadzenin istefasından sonra komandaya Amil Ağacanov və Miloş Yevtiç rəhbərlik edir.
