“Neftçi” futbolçusu ilə yollarını ayıra bilər.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, söhbət Elvin Camalovdan gedir.
Yarımmüdafiəçi daha çox oyun vaxtı qazanmaq üçün paytaxt klubundan ayrılmaq istəyir. O, “Neftçi” ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verərək azad agent statusunda başqa komandaya keçməyi düşünür.
Qeyd edək ki, Elvin Camalov 2025-ci ilin yanvarında “Sabah”dan “Neftçi”yə transfer olunub.
