Çingiz Hüseynzadə: “Azərbaycanda güclü futbol infrastrukturu var”

Xəbərlər
2 Aprel 2024 10:45
481
Çingiz Hüseynzadə: “Azərbaycanda güclü futbol infrastrukturu var”

“Bu gün Azərbaycan idmanının ən möhtəşəm günlərindən biridir”.

İdman.biz xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

AFFA-nın Hesabat-Seçki Konfransında çıxış edən MOK rəsmisi tədbir barədə fikirlərini bildirib: “Bu gün nəinki illik, hətta son 16 ilin hesabatına bənzəyən bir tədbirdir. İllər keçir, Azərbaycan futbolu inkişaf edir. Unutmamalıyıq ki, biz bu günlərə necə gəlib çıxmışıq. Düz 30 il bundan əvvəl mən Prezident Aparatında çalışanda bir canlanma baş tutdu. Azərbaycan İsraillə oynamalı idi, amma millimiz beynəlxalq oyun keçirməyə heç bir stadion tapmadı. O zaman Ulu Öndər Heydər Əliyev məndən nəyə görə belə bir hadisə olduğunu soruşdu. Həmin vaxt Tofiq Bəhramov adına stadionda qoyun otarırdılar. Sumqayıtdakı stadion da yaxşı deyildi. Azərbaycan məcbur olaraq oyunlarını Trabzonda keçirdi. Bu gün Azərbaycanda güclü futbol infrastrukturu var. Biz son illərdə “Qarabağ”ın nəticələrini sevinclə qarşılayırıq. Bunun hamısı son 16 ildə verilən əməyin nəticəsidir. Mən bu gün yeni seçiləcək heyətə uğurlar arzulamaqla yanaşı, Azərbaycan futboluna töhfə verən insanlara təşəkkür edirəm. Mediada bəzən milli komanda ilə bağlı tənqidlər yer alır. Aydın məsələdir ki, tənqidlər iş olan yerdə olur. Daim olimpiya çempionları artdıqca, tənqidlərin də çoxaldığını görmüşük”.

Banuçiçək Hüseynli
İdman.biz