Sərxan Hacıyev: “Bu, hər birimizin uğurudur”

Xəbərlər
2 Aprel 2024 10:32
220
Sərxan Hacıyev: “Bu, hər birimizin uğurudur”

“Bugünkü konfransımızda 35 səs hüquqlu nümayəndənin hamısı iştirak edir”.

İdman.biz xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun Hesabat-Seçki Konfransında deyib.

O, məruzəsində AFFA-nın 2023-cü il ərzində təşkil etdiyi tədbirlərlə bağlı hesabat verib: “İlin ən mötəbər hadisəsi 30 illik həsrətdən sonra Xankəndidə ilk dəfə olaraq Azərbaycan kubokunun keçirilməsi idi. Digər mötəbər hadisə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də burada iştirakı idi. “Qarabağ”ın il ərzində qazandığı uğurlar hər birimizin uğurudur. Onlar yeni tarix yazaraq Avropa Liqasının pley-off və 1/8 mərhələsinə vəsiqə qazandı. “Qarabağ” böyük tarixə imza atdı. Həmçinin ötən mövsüm Azərbaycan futbolunda qadınlarımızın bizi sevindirməyi ilə yadda qaldı. Qadınlardan ibarət yığmamız ilk dəfə olaraq qrup mərhələsində birinci yer tutaraq Millətlər Liqasının B Liqasına vəsiqə qazandılar. AFFA tərəfindən son illərdə infrastruktur layihələrdə baş tutdu. Bütün bunlarla bağlı bizim video-çarxımız da var”.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: