AFFA 2023-cü ildəki gəlirlərini açıqlayıb

Xəbərlər
2 Aprel 2024 10:26
AFFA 2023-cü ildəki gəlirlərini açıqlayıb

AFFA-nın bu gün keçirilən Hesabat Konfransında qurumun Maliyyə və Mühasibat Departamentinin 2023-cü il üçün hesabatı təqdim olunub.

İdman.biz xəbər verir ki, ötən il qurumun büdcəsinə 35 milyon 617 min 445 manat vəsait daxil olub.

Bu məbləğin 19 milyon 475 min 873 manatı AFFA-nın baş sponsoru olan SOCAR-ın hesabına düşür. Qurum 13 milyonu maliyyə dəstəyi, 6 milyon 475 min 873 manatı qrant müqavilə çərçivəsində ödəyib.

Vəsaitin 4 milyon 854 min 178 manatı UEFA-dan, 4 milyon 667 min 364 manatı milli komandanın yayım hüququndan, 3 milyon 277 min 600 manatı FİFA-dan, 1 milyon 180 min manatı “Liv Bona Dea Hospital”dan, 1 milyon 180 min manatı “Məlhəm Beynəlxalq Hospital”dan, 236 min manatı "Rabitə Bank”, 118 min manatı “Paşa Sığorta"dan, digər 628 min 430 manat isə başqa mənbələrdən assosiasiyanın hesabına daxil olub.

İdman.biz

Məqalədə: