Kadidən Musayevin debütünə qiymət

Xəbərlər
1 Aprel 2024 23:27
2 344
Kadidən Musayevin debütünə qiymət

“Qarabağ”ın keçmiş futbolçusu Kadi Borges Murad Musayevin “Krasnodar”dakı debütünə münasibət bildirib.

İdman.biz xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilk oyunda baş məşqçinin istəklərini həyata keçirə bilmədiklərini etiraf edib.

Kadi “Lokomotiv”lə (1:1) heç-heçə başa çatan oyuna hazırlaşmaq üçün Musayevin kifayət qədər vaxtı olmadığını bildirib: “Musayevin komandanı tam heyətlə hazırlaşdırması üçün lazımi qədər vaxtı olmadı. Yığmanın oyunları ilə əlaqədar cəmi 2 gün belə imkan yarandı. Hər məşqçinin öz tələbləri və ideyaları var. Onun bütün tələbələri və yeniliklərini komanda tam həyata keçirə bilmədi. Məncə, hər şey irəllidədir”.

Musayev fevral ayında “Sabah”ın baş məşqçi vəzifəsindən istefa verib. O, martın 14-də mövsümün sonuna kimi “Krasnodar”la müqavilə imzalayıb.

Qeyd edək ki, Kadi "Lokomotiv"lə oyunda start heyətində yer alıb və 77-ci dəqiqədə əvəzlənib.

İdman.biz