Azərbaycanlı müdafiəçidən 6 qollu məğlubiyyət

Xəbərlər
30 Mart 2024 20:14
271
Azərbaycanlı müdafiəçidən 6 qollu məğlubiyyət

Azərbaycanlı futbolçu Rahil Məmmədov Polşa çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, müdafiəçinin çıxış etdiyi LKS səfərdə “Yaqelloniya”ya uduzub.

Rahilin komandası Ekstraklasanın lideri ilə oyunda dramadağın olub. Matç rəqib komandanın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Birinci hissənin ortalarında LKS-in azlıqda qalması yekun nəticəyə təsirsiz ötüşməyib. Məmmədov 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, Lodz təmsilçisi 26 turdan sonra 17 xalla sonuncu pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: