Azərbaycan çempionatında hakimi təhqir edən baş məşqçiyə 5 oyunluq cəza

Xəbərlər
18 Mart 2024 18:08
175
Azərbaycan çempionatında hakimi təhqir edən baş məşqçiyə 5 oyunluq cəza

“Qarabağ-2”nin baş məşqçisi Cavad Mirzəbəyli cəzalanıb.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

O, Azərbaycan çempionatının Əvəzedicilər liqasında XXVII turun “Turan Tovuz-2” – “Qarabağ-2” oyunundan sonrakı davranışına görə cəza alıb. Baş məşqçi matç bitdikdən sonra hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alıb, ardınca referini təhqir edib. Bu üzdən baş məşqçi 5 oyun cəzalanıb, “Qarabağ-2” 400 manat cərimələnib.

“Neftçi-2” də turu cəza ilə başa vurub. “Səbail-2” ilə oyunda azarkeşlərin pirotexniki vasitədən istifadə etməsi “Neftçi-2”yə 150 manata başa gəlib.

İdman.biz