AFFA Vaqif Cavadovu cəzalandırıb

Xəbərlər
7 Sentyabr 2023 13:01
122
AFFA Vaqif Cavadovu cəzalandırıb

AFFA İntizam Komitəsi "Sumqayıt" klubunun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadovu cəzalandırıb.

İdman.biz milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna 34 yaşlı mütəxəssisin "Neftçi-2" ilə oyun bitdikdən sonra hakimin qərarına etiraz etməsi səbəb olub.

Cavadov birbaşa qırmızı vərəqə aldığı üçün iki oyunluq cəzaya, "gənclik şəhəri" təmsilçisi isə 150 manat cəriməyə məruz qalıb.

İdman.biz