Ramilin komandasının xal itkisi davam edir

Xəbərlər
2 Mart 2024 19:47
Ramilin komandasının xal itkisi davam edir

Ramil Şeydayevin Türkiyə 1-ci Liqasında qələbəsiz oyunlar seriyası 4-ə yüksəlib.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Kocaelispor” səfərdə “Ərzurumspor”la heç-heçə oynayıb.

Azərbaycanlı futbolçu matça ehtiyat oyunçular skamyasında başlayıb. Şeydayev qarşılaşmanın 72-ci dəqiqəsində meydana daxil olub və fərqlənə bilməyib. “Kocaelispor” son 4 oyunda 3 dəfə heç-heçə edib, 1 dəfə uduzub.

Qeyd edək ki, Ramilin komandasının hesabında 45 xal var və 3-cü pillədə qərarlaşıb.

İdman.biz