MOİK-in hakimləri təhqir edən məşqçisi cəzalandırılıb

Xəbərlər
27 Fevral 2024 14:51
179
MOİK-in hakimləri təhqir edən məşqçisi cəzalandırılıb

Azərbaycan çempionatının I Liqasının MOİK – “Qaradağ Lökbatan” oyununun sonlarında baş verən hadisələrin günahkarları cəzalandırılıblar.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

XV tur çərçivəsində keçirilən matçın 90+1-ci dəqiqəsində MOİK-in məşqçisi Orxan Səfiyarov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Çalışdırıcı 5 oyun cəzalanıb, klubu 400 manat cərimə edilib.

Üç dəqiqə sonra MOİK-in futbolçusu Nazim Məmmədzadə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalanıb. O, 3 oyunluq diskvalifikasiya edilib, klub 200 manat cərimələnib.

İdman.biz

Məqalədə: