Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib

Xəbərlər
16 Fevral 2024 02:21
181
Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.

İdman.biz xəbər verir ki, buna “Qarabağ”ın “Braqa” üzərində qələbəsi səbəb olub.

Ağdam klubu Avropa Liqasının pley-off mərhələsinin ilk matçında 4:2 hesablı qələbə qazanıb. Bununla da ölkəmiz hesabına 0,500 xal əlavə edib.

Bu qələbədən sonra Azərbaycanın əmsalı 19,625-ə çatıb. Bu matçadək Avropada 28-ci olan ölkəmiz xal sayında Slovakiya ilə bərabərləşib. Lakin cari mövsümdə daha çox – 5,375 xal toplayan Azərbaycan bu göstəriciyə əsasən Slovakiyanı keçərək 27-ci yerə yüksəlib.

Qeyd edək ki, Slovakiyanın mübarizəni davam etdirən yeganə təmsilçisi “Slovan” günü məğlubiyyətlə başa vurub.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: