Abdullah Zubir Azərbaycan futbolu tarixinə düşüb

Xəbərlər
16 Fevral 2024 01:49
288
Abdullah Zubir Azərbaycan futbolu tarixinə düşüb

“Qarabağ”ın futbolçusu Abdullah Zubir yeni rekorda imza atıb.

İdman.biz xəbər verir ki, fransalı yarımmüdafiəçi Azərbaycan klublarının avrokuboklardakı ən yaxşı bombardiri kimi tarixə düşüb.

33 yaşlı futbolçu qitə miqyaslı klub turnirlərindəki qol sayını 13-ə çatdırıb. Zubir bunu Avropa Liqasının pley-offunda gerçəkləşdirib. “Braqa” ilə səfər görüşündə iki qol vuran yarımmüdafiəçi rekordunu rəsmiləşdirib.

Azərbaycanda yalnız bir klubda oynayan və bütün qollarını “Qarabağ”da vuran Abdullah Reynaldo Silvanı arxada qoyub. Ağdam klubunun sabiq futbolçusunun hesabında 11 top var. Braziliyalının rekordunu təkrarlamış Zubir Portuqaliyadakı iki qolla onu keçməyi bacarıb.

Qeyd edək ki, Zubir 13 qolu 81 matçda vurub.

Vüqar Xeyrullayev
İdman.biz