Qurban Qurbanov: “Nəticədən yox, oyundan razı qaldım”

Xəbərlər
3 Sentyabr 2023 23:18
83
Qurban Qurbanov: “Nəticədən yox, oyundan razı qaldım”

"Məğlub olmağımıza baxmayaraq, yaxşı oyun oldu".

İdman.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Səfərdə "Səbail"ə 1:2 hesabı ilə uduzan Ağdam klubunun çalışdırıcısı : "Dinamik, mübarizə matç izlədik. "Səbail"i təbrik edirəm. Deyəcək çox söz yoxdur. Yüz faizli epizodlarımız var olsa da, bunlardan istifadə edə bilmədik. Əvəzində rəqib komanda fürsətlərdən yararlandı. Futbolun gözəlliyi budur. Nəticədən yox, oyundan razı qaldım.

Təcrübəli mütəxəssis startdakı uğursuzluq barədə də danışıb. O, qışa kimi itirilən xalları kompensasiya etməyə çalışacaqlarını bildirib: "Qışa kimi kompensasiya etmək lazımdır. Qarşıdakı oyunlarda daha aktiv olmalıyıq. Növbəti ili bilmək olmaz. Bəlkə, Avropada qrupda uğurlu çıxış etdik olduq və növbəti ili sıx qrafikdə keçirdik. Neçə ildir bu yoldayıq. Sadəcə bu mövsüm startda itkilər çox oldu. Liderlər sırasında olmaq istəyiriksə, aktiv olmalıyıq. Düzünü etməyə çalışacağıq".

İdman.biz