Slovakiyanın baş məşqçisi: “Azərbaycanla bağlı pis xatirələrimiz var”

Xəbərlər
9 Fevral 2024 14:30
336
Slovakiyanın baş məşqçisi: “Azərbaycanla bağlı pis xatirələrimiz var”

"Rəqiblərimiz sırasında İsveçi daha çətin hesab edirəm. Onlar FİFA reytinqində 26-cı yerdədirlər və bu göstərici ilə C divizionunun ən yaxşısıdırlar”.

İdman.biz xəbər verir ki, bunu Slovakiya millisinin baş məşqçisi Françesko Kalsona deyib.

Təcrübəli mütəxəssis Millətlər Liqasının püşkünü dəyərləndirib. 55 yaşlı italiyalı yığmamızı fərqləndirib: ”Azərbaycanla bağlı pis xatirələrimiz var. Slovakiya millisinin baş məşqçisi kimi Millətlər Liqasında ilk matçımda onlara məğlub olmuşduq. Estoniya, İsveç və Azərbaycan AVRO-2024-ün seçmə mərhələsində eyni qrupda yer alıblar. Bu səbəbdən də bir-birilərini yaxşı xatırlayırlar. Biz sona kimi mübarizə aparacağıq”.

Qeyd edək ki, bir gün atılan püşkə əsasən Azərbaycan, İsveç, Slovakiya və Estoniya C divizionunun 1-ci qrupunda mübarizə aparacaq.

Emin Ağa
İdman.biz