“Sabah” kənar şəxslərin güdazına gedib

Xəbərlər
1 Fevral 2024 12:19
216
“Sabah” kənar şəxslərin güdazına gedib

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında baş verən xoşagəlməz hadisələrin səbəbkarları cəzalandırılıb.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Bakı klubu 800 manat cərimələnib.

“Araz-Naxçıvan” – “Qəbələ” matçının 75-ci dəqiqəsində qonaqların futbolçusu Lukas Afriko ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 2 oyun cəzalanıb, klubu 1500 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

“Sumqayıt” – “Neftçi” görüşündə 4 futbolçusu sarı vərəqə aldığına görə meydan sahibləri 700 manat cərimələnib.

İdman.biz