AFFA “Qəbələ”nin iki, “Sabah”ın bir futbolçusunu cəzalandırıb

Xəbərlər
1 Fevral 2024 12:13
124
AFFA “Qəbələ”nin iki, “Sabah”ın bir futbolçusunu cəzalandırıb

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Yığıncaqda XX turun oyunlarında baş verənlərlə bağlı qərarlar çıxarılıb. “Kəpəz” – “Qarabağ” oyununda 5 futbolçusu sarı vərəqə alan meydan sahibləri 700 manat cərimə edilib.

“Zirə” – “Sabah” matçında ikinci sarıdan qırmızı vərəqə alan Elvin Camalov 1 oyun cəzalanıb, qonaqları 500 manat ziyana salıb.

“Neftçi” – “Qəbələ” qarşılaşmasında 5 oyunçusu sarı vərəqə alan qonaqlar 700 manat ödəyəcək. Bölgə təmsilçisinin müdafiəçisi Zurab Oçiqava rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə edilib. Bu matç bitdikdən sonra “Qəbələ”nin futbolçusu Əyyub Allaş hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2-si şərti olmaqla 4 oyun cəzalanır, komandasını 3000 manat cəriməyə məruz qoyub. Sınaq müddəti 3 ay təyin edilib.

İdman.biz